"Billboard” musiqi jurnalı tərəfindən məşhur amerikalı müğənni Madonna çoxillik yaradıcılığı və aktiv xeyriyyə fəaliyyətinə görə "İlin qadını” seçilib.
"Billboard” jurnalının verdiyi məlumata görə, "Billboard” media qrupu və jurnalının prezidenti Reporter Cenis deyib ki, istedadlı müğənni olan Madonnanın nüfuzu və karyerası musiqi çərçivəsindən kənara çıxır. Madonnanın musiqi karyerası ərzində 300 milyondan çox diski satılıb ki, bu da Ginnesin "Rekordlar kitabı”na düşüb. Müğənni il ərzində 76,5 milyon dollar qazanır və şou-biznes sahəsində ən yüksək gəlir əldə edənlər sırasında 12-ci yerdə qərarlaşıb.
Aktiv xeyriyyə fəaliyyəti ilə seçilən Madonna xeyriyyə təşkilatlarının xətti ilə yoxsul ölkələrdə xəstəxanalar da inşa etdirir./APA/
MediaFax