İlhamənin ili niyə iki ayrı məclislə qeyd olunacaq?

Xalq artisti İlhamə Quliyevanın il mərasimi yaxınlaşır.

Sağlığında az qala bütün davranışları ilə seçilən, tez-tez mübahisələrə, söz-söhbətlərə qoşulan sənətçinin bu yaxınlarda baş tutacaq yası da müzakirələrə yol açıb.

Belə ki, İ. Quliyevanın oğulluğu Orxan Nadirovla bacısı Gülbahar Quliyeva yas mərasimini fərqli günlərdə keçirəcək.

O. Nadirov açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ili fevralın 24-də, "Heydər” məscidində baş tutacaq.

Ancaq müğənninin bacısı isə Quliyevalar ailəsinin ili onun öldüyü gündə keçirəcəyini söyləyib.

Gülbahar Quliyeva Orxanı şou yaratmaqda ittiham edib:

"Orxan Nadirov şou yaradır. Onun özü bilər, bizdən biri deyil. İlhamə xanımın ailəsi yas mərasimini "Təzə Pir” məscidində verir, ayın 25-də olacaq. O, İlhamənin oğlu deyil, oğulluğudur. Övladlıq məsələsi heç rəsmiləşdirilməyib. Bizim Orxanın nə iş gördüyündən xəbərimiz yoxdur. Orxan bilirdi ki, biz il mərasimini ayın 25-i edirik. Özünü bu ailənin üzvü hesab edirdisə, bizim yanımızda olmalı idi. Ancaq Orxan özünü ayrı bilirsə, biz onu tanımırıq”.

Xatırladaq ki, xalq artisti ötən il tromboemboliyadan dünyasını dəyişib, 2-ci Fəxri Xiyabanda dəfn edilib. 

Sənətkar vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı yaranmış, müğənninin hüquqi varisi Gülbahar Quliyeva elan olunmuşdu./qafqazinfo.az/

MediaFax