İlhamə Quliyevanın köməkçisi azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, M. Hüseynova barəsində 1 il 3 ay müddətinə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 
 
Xatırladaq ki, prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs cəzası verilməsini istəmişdi.
 
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
 
İ. Quliyeva ötən il fevralın 25-də dünyasını dəyişib./APA/

MediaFax