Rioda keçirilən paralimpiya oyunlarında uğursuzluqla üzləşən 2 qat paralimpiya çempionu İlham Zəkiyev karyerası ilə bağlı qərar verib.
Əfsanəvi cüdoçunun idmandan tamamilə uzaqlaşmaq niyyəti yoxdur. İkiqat Paralimpiya, ikiqat dünya, altıqat Avropa çempionu 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları və qarşıdakı Avropa çempionatına hazırlaşır.
Bundan əlavə, 36 yaşlı idmançımız 2020-ci il Tokio Paralimpiya Oyunlarında iştirak etməyi də qarşısına məqsəd qoyub.
Qeyd edək ki, İlham Zəkiyev Rio paralimpiya oyunlarında medal uğrunda görüşdə məğlub olub. Cüdoçumuzun 4-cü dəfə paralimiya medalını qazana bilməməsinə səbəb kimi isə görüşlər zamanı təzyiqinin çox aaşğı olması, həmçinin əlinin və dizinin zədəli olması göstərilir.
Xatırladaq ki, İlham Zəkiyev iştirak etdiyi bütün Paralimpiya Oyunlarında 2 dəfə qızıl, 1 dəfə isə bürünc medala sahib olub./aznews.az/
MediaFax