İlham Əliyevin məqaləsi Davos Forumunun saytında

"Azərbaycanın bugünkü uğuru onun bir neçə ildə həyata keçirdiyi hərtərəfli, konkret və hədəflənmiş səylərinin nəticəsi ilə bağlıdır".
 
Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Davos Forumunun saytında yayımlanmış "2017-ci il üçün Azərbaycanın iqtisadi prioritetləri” adlı məqaləsində deyilir.
 
Məqalədə bildirilir ki, iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən enerji sahəsində qlobal şəkildə əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi Azərbaycanı nəinki güclü edir, həmçinin regional və beynəlxalq əməkdaşlığı asanlaşdırır: "Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi vasitəsi ilə Azərbaycan qazının dünya bazarına çıxarılması Avropanın enerji təhlükəsizliyinə davamlı təkan verəcək. Bu layihə çərçivəsində "Şahdəniz-2” qaz kondensat yatağının işlənməsi ilə bağlı işin 87 faizi, Cənub Qafqaz boru xəttinin genişləndirilməsi ilə bağlı işin 72 faizi, TANAP layihəsinin tikintisinin 60 faizi, TAP layihəsi ilə bağlı işlərin isə 30 faizi başa çatıb. Qeyd etmək lazımdır ki. "Şahdəniz” 1,2 trilyon kub metr qaz ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir”. 

MediaFax