İki vəzifəlini topla vurdurdu - Koreya lideri

Şimali Koreya lideri Kim Çen Inın sərəncamı ilə iki yüksək vəzifəli şəxs zenit qurğusundan atəş açılmaqla güllələnib.
 
Cənubi Koreyanın "JoongAng Daily” nəşrinin verdiyi məlumata görə, güllələnən şəxslər sabiq kənd təsərrüfatı naziri Xvan Min və Təhsil Nazirliyində yüksək vəzifə tutan Li En Çjindir.
 
Hər iki şəxs Pxenyandakı Hərbi Akademiyada güllələnib. Şimali Koreya lideri sabiq kənd təsərrüfatı nazirinin təşəbbüsündən qəzəbləndiyi üçün onu güllələtdirib. Li En Çjin isə korrupsiyada ittiham olunub.
 
Qeyd edək ki, Kim Çen In hakimiyyətə gələndən sonra hərbçi və partiya funksionerlərini edam etdirib. İlk dəfədir ki, o, kənd təsərrüfatı və təhsil sistemində çalışan vəzifəli şəxslərin edam qərarını verib./APA/

MediaFax