İki məşhur Bakının qonağı olacaq

Türkiyənin iki məşhur ulduzu - Murad Yıldırım və Fahriye Evcenin Bakıya gələcəyi təsdiqlənib.

Bu barədə saytımıza Nizami Kino Mərkəzinin rəsmisi Arzu Əhədova məlumat verib. 

A. Əhədova bildirib ki, "Sonsuz aşk” filminin qalası aprel ayında baş tutacaq və film baş qəhrəmanları qala gecəsində iştirak edəcək:

"Danışıqlar aparırdıq, amma gələcəkləri tam olaraq dəqiqləşdi. Qala gecəsi isə apreldə baş tutacaq".

Xatırladaq ki, Türkiyədə ekran işinin qalası martın 24-də keçiriləcək./qafqazinfo.az/

MediaFax