Birləşmiş Ərəb Əmirliyi müsəlman ənənələrinə və bu ölkənin səfirinin diplomatik immunitetinə qarşı hörmətsizlik etdiyi üçün Latviya XİN-nə nota verib.
BƏƏ-nin Latviyaya yeni təyin olunan xanım səfiri Riqa aeroportunda saxlanılıb və ondan hicabını, həmçinin ənənəvi müsəlman üst geyimini çıxarması tələb olunub.
Səfir bunu yalnız xanımların iştirakı ilə edəcəyini desə də, aeroport əməkdaşları nəinki buna imkan verməyiblər, üstəlik səfiri təhqir ediblər./qafqazinfo.az/
MediaFax