2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının məkanı müəyyənləşib.
Bu barədə Avropa Olimpiya Komitəsinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında qərar verilib.
50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 -28 iyununda Bakıda təşkil olunub./modern.az/
MediaFax