İdxal olunan benzin bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.
 
Artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və "Aİ-98 Super” markalı benzinin  yeni qiymətləri tablolara vurulub.
 
Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və "Super Aİ-98”  markalı benzinin isə 1,20 AZN müəyyənləşib.  
 
Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.
 
Qiymət artımı Azərbaycanda istehsal olunan "AI-92” markalı benzin  və "L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.  
 
Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt "Aİ-95 Premium” markalı benzin 1,05 AZN, "Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.  

MediaFax