İdmançımızın Olimpiadadakı nəticəsi ləğv edildi

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Olimpiya Komitəsinin (İOC) cəzasına məruz qalıb.

Səbəb Kostovanın London-2012  Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testin təkrar analizinin müsbət nəticə verməsidir. 

London Olimpiadasında 5-ci yeri tutan idmançımızın nəticəsi ləğv edilib. Buna görə də Kostova  ona verilən diplomu geri qaytarmalıdır./qol.az/

MediaFax