İdmançımız 3 qat dünya çempionu oldu - İngiltərədə

Kikboksçumuz Bəxtiyar İsgəndərzadə İngiltərədə dünya çempionu olub. 

Almaniyada fəaliyyət göstərən "Odlar Yurdu" klubunun titullu üzvü, kikboksçu Bəxtiyar İsgəndərzadə (65 kq) Londonda AFSO versiyası üzrə K-1 stilində dünya çempionatının qalibi olub. 

Yarış klubun rəhbərləri Azad ƏzizovAnar Axundzadənin dəstəyi ilə baş tutub. Londondakı turnirin təşkilatçılarından biri də soydaşımız Hafiz Baxşəliyevdir. 

H.Baxşəliyev saytımıza yarışla və baş tutan döyüşlə bağlı açıqlama verib: "Təşkilatçılığımız ilə gözəl yarış baş tutdu. İkinci raundda Bəxtiyar rəqibini nokdaun etsə də döyüş sona qədər, 5 raund oldu. Xal hesabı ilə də olsa qələbəni biz qazandıq. Bəxtiyar bu qələbəsini Azərbaycan xalqına həsr edib”.

Qeyd edək ki, kikboksinq üzrə üçqat dünya çempionu, üçqat respublika çempionu, WAKO Avropa Çempionatının gümüş mükafatçısı, dəfələrlə peşəkar görüşlərin qalibi olmuş Bəxtiyar İsgəndərzadə Almaniyada yaşayır, lakin beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir./aznews.az/

MediaFax