Fransada Azərbaycanın güləş üzrə gənclərdən ibarət yığma komandasının qaldığı otelə polis basqını olub.
Fransa KİV-ləri xəbər verir ki, 30 polis Replonj rayonunda yerləşən "Bresson” otelinə basqın edərək komanda üzvlərini dopinqə görə yoxlayıb. Bildirilir ki, jandarmeriyanı otelin əməkdaşları çağırıblar. Onlar azərbaycanlı idmançıların oteldə dopinqdən istifadə etdiklərindən şübhələndiklərini deyiblər.
Şübhələrə əsas kimi istifadə olunmuş şprislər, infuzion kisələr, tibbi tullantılar və tibbi ləvazimatlarla dolu çemodan hesab edilib. Bütün bunlar idmançıların qaldıqları otaqlarda olub, onlar otel əməkdaşlarının gəlişindən "məmun görünməyiblər”.
Xəbərə görə səhərə yaxın 30 polis axtarış aparmaq üçün otelə basqın edib. Onları Fransanın anti-dopinq əməkdaşları müşaiyət edirdi. "Axtarışlar nəticə verməyib və cinayət işi qaldırılmayıb. Qadağan olunmuş pereparatlar tapılmayıb. Lakin bəzi pereparatlar leqal olsa da dopinqdən istifadəni pərdələyə bilərdi”-prokuror Kristof Rode bildirib.
Fransanın antidopinq agentliyinin iki əməkdaşı azərbaycanlı idmançılardan sidik nümunələri götürüb və analizlərin nəticəsi bir neçə gündən sonra məlum olacaq. Fransanın Güləş Federasiyasının prezidenti Alen Bertolom deyib ki, belə hadisə ölkədə ilk dəfə baş verir. "Əgər gənc güləşçilər dopinq istifadə edibsə bu, çox narahatedicidir”-o deyib. "Ola bilsin bu pereparatlar idmançılara ona görə lazım olub ki, çəkini nəzarətdə saxlasınlar və öz çəki dərəcələrində qalsınlar-Bertolom əlavə edib.
Polis basqınınına baxmayaraq azərbaycanlı idmançılar Fransada keçirilən dünya çempionatında iki qızıl, bir gümüş və beş bürünc medal qazanıblar./virtualaz.org/
MediaFax