İdmançı aparıcının cavabını verdi

"Toy olmayacaq” verilişinin aparıcısı Şəbnəm Hüseynova sosial şəbəkədə idmançı Kamil Zeynallını tənqid edib.

Aparıcı təyyarədə özünü qeyri-etik aparan azərbaycanlılardan utandığını qeyd edib:

"Hər dəfə təyyarədə və aeroportda bizim bəzi insanların bu tip davranışlarına görə boyumu az qala yerə soxuram!”

K.Zeynallı isə təyyarədə etdiyi zarafatın çox normal olduğunu ifadə edib:

"Kimliyindən asılı olmayaraq, hər bir insan birinci öz keçmişinə baxar, sonra isə başqaları haqqında nəsə münasibət bildirər. Əcəb eləmişəm, hərəkətimin arxasında dayanıram. Ümumiyyətlə, mən Şəbnəmi tanımıram. O, kimdir və haranın ..., mənim haqqımda belə sözlər yazmaq ixtiyarını özündə tapır?”

Sayt bildirir ki, K.Zeynallı Şəbnəm Hüseynovanın ünvanına sərt ifadələr işlətdiyindən onlar yazıda qeyd edilməyib.

Xatırladaq ki, Kamil Zeynallı müğənni Gülayla evlidir./publika.az/
 

MediaFax