Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov həbsdəki jurnalistə xəbər göndərib ki, ondan üzr istəməsə onu həbsdən buraxmayacaqlar.
Bu barədə məlumat tanınmış vəkil Elçin Sadıqov yayıb.
Elçin Sadıqov bildirib ki, Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (böhtan) təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan jurnalist İkram Rafiqoğlunun ailəsini inandırmağa çalışırlar ki, Zakir Fərəcovdan üzr istəsin, üzr istəməsə onu buraxmayacaqlar: "Ailəsi məndən dəfələrlə xahiş edib ki, İkram Rahimova Zakir Fərəcovdan üzr istəməsə onu buraxmayacaqlarını deyim. Ailəsinin sözünü İkram Rafiqoğluna çatdırmışam. Lakin, İkram Rafiqoğlu birmanı olaraq Zakir Fərəcovdan üzr istəməyəcəyini bildirib".
Vəkil daha sonra qeyd edir ki, İkram Rafiqoğlu onunla söhbət zamanı bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri icra başçısı Zakir Fərəcovun qəbul iclaslarında dəfələrlə iştirak etməsi barədə məlumatı var: "Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin onun apellyasiya şikayətinə ədalətli baxacağına ümidi azdır və apellyasiya şikayətinə ilkin baxış iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinə etiraz edəcək və işə başqa apellyasiya instansiyanı məhkəməsi tərəfindən baxılmasını xahiş edəcək.
Apellyasiya baxışının gələn ay olacağı gözlənilir"./qaynarinfo.az/
MediaFax