Hindistandan Trampa dəvət gəldi

Hindistanın baş naziri Narendra Modi ABŞ-ın yeni prezidenti Donald Tramp ilə telefon danışığı zamanı onu ölkəsinə dəvət edib.

Bu barədə Modi öz Twitter səhifəsində yazıb.

"Ötən gecə prezident Donald Tramp ilə müzakirələrimiz oldu. Prezident Tramp və mən bundan sonra da ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, önümüzdəki günlərdə sıx əməkdaşlıq barədə razılığa gəldik. Mən Trampı ölkəmizə dəvət etdim”-deyə o, bildirib.

Ağ Evin mətbuat xidmətindən verilən məlumatda da Trampın Narendra Modini Vaşiqtona dəvət etdiyi bildirilirdi. Görüşdə həmçinin, Cənubi və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərinin müzakirə edildiyi deyilib./aznews.az/

MediaFax