Hindistan polisi: “O, Azərbaycana qaçıb” - FOTO

Hindistan polisi "Tüklü” ləqəbli bu şəxsin Azərbaycana qaçdığını bildirir

Hindistan polisi bu ölkədə başqalarının telefon nömrələri üzərindən qanunsuz beynəlxalq telefon danışıqları təşkil etməyə görə axtarışda olan 23  yaşlı Saqar Thakkar-ın bacısı ilə birlikdə Azərbaycana qaçdığını bildirir.
 

Virtualaz.org Hindistan KİV-lərinə istinadən xəbər verir ki, polis onun yaratdığı qanunsuz beynəlxalq telefon danışıqlar mərkəzində oktyabrın 4-də axtarış keçirib.
 
Lakin orada deyiblər ki, Thakkar bacısı Reema ilə birlikdə Dubaya qaçıb. Bununla belə polis müəyyən edib ki, ləqəbi "Tüklü” olan telefon dələduzu Azərbaycana qaçıb və hazırda oradadır.

MediaFax