"Gününsəsi.info” saytının baş redaktoru Pərviz Həşimli az öncə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə aparılıb.
Jurnalistin bildirdiyinə görə, keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qalıb.
Polis əməkdaşları sürücünü və Pərviz Həşimlini polis bölməsinə aparıblar.
Pərviz Həşimli "Nüşabə Əsədova məni təhqir elədi, sürücü məni vurdu” deyə sosial şəbəkədə yazıb. Nüşabə Əsədova keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun xanımıdır.
P.Həşimli bildirib ki, Hilal Əsədovun sürücüsü ona hücum edib ki, "sən Nüşabə Əsədovadan yazmisan, onu işdən qovublar"./modern.az/
MediaFax