Həyatını arıqlamaq arzusuna qurban verəcəkdi... - VİDEO

Bakı sakini Sevinc Məmmədovanın başına iş gəlib.

İnternetdə arıqlamaq üçün sifariş verdiyi dərman orqanizmində ciddi fəsadlar yaradıb. Vətəndaşın sözlərinə görə, dərman toz şəkilli olub və gündə 3 dəfə su ilə həll olunaraq qəbul edilib. Qadın bundan sonra güclü ağrılarla üzləşib. Həkimə müraciət edəndə isə ciddi problemlərin baş verdiyini öyrənib.

Bundan sonra həmin şirkətlə nə qədər əlaqə saxlamağa cəhd etsə də baş tutmayıb. Firma tərəfindən onun nə zənginə, nə də müraciətinə baxan olub.

Mütəxəssislər belə vəziyyətdə diqqətli olmağı məsləhət görür. Çünki qeyri-dəqiq diaqnoz və müalicə, habelə dərman preparatı xoşagəlməz nəticəyə səbəb ola bilər./qafqazinfo.az/
 

MediaFax