Hərbi sahəyə ən çox vəsait ayıran ölkələrin siyahısı açıqlanıb.
Siyahının lideri ABŞ-dır: ölkə 2016-cı ildə hərbi sektora 622 milyard 35 milyon dollar ayırıb.
İkinci yerdə 191,7 milyard dollarlıq hərbi büdcə ilə Çin gəlir. Böyük Britaniya 3-cüdür: 53,8 milyard dollar.
Hərbi büdcə reytinqinin ilk onluğunda bu ölkələr də yer alır:
Hindistan – 50,6 milyard dollar
Səudiyyə Ərəbistanı – 48,6 milyard dollar
Rusiya – 48,4 milyard dollar
Fransa – 44,3 milyard dollar
Yaponiya – 41,6 milyard dollar
Almaniya – 35,7 milyard dollar
Cənubi Koreya – 33,4 milyard dollar.
Türkiyə müdafiəyə ən çox pul ayıran 18-ci ölkədir. 2016-cı hərbi bu ölkənin büdcəsi 12 milyard 709 milyon dollar olub./novator.az/
MediaFax