Hər an üçüncü devalvasiya baş verə bilər - İqtisadçı ekspert

Federal Ehtiyatlar Sisteminin son qərarı ilə dolların uçot dərəcəsinin 0.25 faiz qalxaraq 0.75 fazi olması dünya ölkələrinin milli valyutasına, o cümlədən də milli valyutamıza da təsirsiz ötüşməyib.

Artıq Azərbaycan 3-cü devalvasiyaya hazırlaşır. Bəzi ekspertlər il ərzində artıq 16 fazilik devalvasiyanın baş verməsi fonunda Mərkəzi Bankdan belə bir durumda hər hansı kəskin addım gözlənmir. Bununa belə FED-in verdiyi qərarla ölkədə növbəti bahalaşma gözlənilir. Növbəti psixoloji hədd olan 1.75 manat həddinin aşılması yaxın həftələrdə manatın daha sürətlə dəyərdən düşməsinə zəmin yaradır.  Bu isə o deməkdir ki, yaxın günlərdə dollar asan və sürətli şəkildə 1.80-1.90 manat ola biləcək. Manat yeni ucuzlaşma rekorduna doğru gedərək öncəki mövqeyini də itiəcək. 

İqtisadçı ekspert Fuad İbrahimov açıqlamasında deyib ki, FED-in son qərarı manata kəskin təsir edəcək: "FED-in qərarından sonra ABŞ dolları bir daha dünya valyutasına qarşı mövqeyini möhkəmələndirdi. Bu, o deməkdir ki, ABŞ dolları mövqeyini tədricən artıra-artıra gedəcək. Şübhəsiz ki, bu qərarla milli valyutaya təzyiq artacaq. Amma hələlik FED-in qərarının milli valyutaya təsiri haqda danışmaq tezdir. Bu gün manatı sərbəst buraxsaq 2 manat həddini də ötəcək. Konkret əmsallar var ki, bura idxal-ixrac əmsalları nəzərə alınarsa, manat daha da ucuzlaşacaq”. 

İqtisadçı hesab edir ki, bu gün  Azərbaycan hökuməti Mərkəzi Bank vasitəsilə bütün alətlərdən istifadə etməklə kəskin ucuzlaşma prosesinin qarşısını almağa çalışır. Lakin hökumətin nə vaxtadək bu prosesi nəzarətə almağa gücü çatacaq? Bu maraqlıdır: "Şəffaf məlumatlar olmadığı üçün dəqiq proqnoz vermək çətindir. Hər an 3-cü devalvasiya baş verə bilər. Bir sıra göstəricilərin, o cümlədən də qeyri- neft sektorunun vəziyyəti, tədiyyə balansının real göstəriciləri nəzərə alınarsa demək olar ki, 1 dollar 2.50-dən 2.80 manatadək arta bilər”./сebhe.info/

MediaFax