ATƏT-in Minsk Qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqorğ Popov (Rusiya) və Stefan Viskonti (Fransa) təmas xəttində baş verən toqquşma ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, həmsədrlər Azərbaycan və Ermənistan Müdafiə nazirliklərindən və digər mənbələrdən fevralın 25-də səhər təmas xəttində atəşkəs rejiminin ciddi surətdə pozulduğu və insan tələfatı olduğu barədə məlumat alıblar.
Bəzi cəsədlər neytral zonada qalıb. Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və dünən ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırıb. Həmsədrlər tərəfləri güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə də çağırıb.
MediaFax