Suriyanın Hələb şəhəri müxalifət qüvvələrindən tamamilə azad edilərək ordunun nəzarətinə keçib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusu komandanlığının bəyanatında bildirilir.
"Suriya ordusu komandanlığı Hələb şəhərində sülhün və təhlükəsizliyin bərpa olunduğunu elan edir”, - deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, bu gün müxalifət qüvvələrinin nümayəndələrini daşıyan sonuncu avtobus karvanı şərqi Hələbi tərk edib.
MediaFax