Həkim oğlu özünü bıçaqladı - Xəstəxanada

Bakıda xəstəxanada 19 yaşlı oğlan özünü bıçaqlayıb.

Hadisə 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü F.M. Nərimanov rayonu Ziya Bünyadov prospekti 48 ünvanından 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya gətirilib. 19 yaşlı gənc xəstəxanada özünü öldürmək məqsədi ilə bədən nahiyəsinə iki bıçaq zərbəsi vurub. Nəticədə o, ağır xəsarət alıb və 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

F.M.-nın yaxınlarının dediyinə görə, o, anası ilə dəfələrlə mübahisə edib. Nəticədə anası onu 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya göndərib.

Onun anası Təcili Təxirəsalınmaz Yardım Xidmətində həkim kimi fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır./report.az/

MediaFax