Masallı sakininin evi qarət olunduqdan sonra yandırılıb.
Hadisə ötən gün saat 20:00 radələrində rayonun Qodman kəndində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər kənd sakini, 50 yaşlı Səxavət Şiriyevin ailəsi ilə birlikdə toyda olduğunu bilərək oğurluq məqsədilə onun evinə giriblər. Lakin evdən pul və qızıl-zinət əşyaları tapa bilməyiblər. Onlar izi itirməkdən ötrü evin otaqlarından birini yandırıblar. Yanğını görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinə məlumat veriblər.
Hadisə yerinə cəlb olunmuş iki yanğınsöndürən maşının və canlı qüvvənin səyi ilə yanğın lokallaşdırılıb. Yanğın nəticəsində ümumi sahəsi 188 kv.m olan evin 2 kv.m ərazisi yanıb. Bu, Umud Şiriyevin evinə son 3 ayda edilən ikinci oğurluq cəhdidir.
Gülnaz Şiriyeva: "Giriblər bir dəfə evə heçnə olmayıb çıxıblar. Oğru pəncərədən çıxanda arxadan gördüm. Polisə müraciət etmişəm. Dünən də toyda olarkən zəng gəldi ki, ev yanır. Heç nə tapa bilməyiblər. Evdə heç bir şeyi açıq qoymamışam".
Faktla bağlı araşdırma aparılır./ARB TV/
MediaFax