Həbsxanada uğurlu biznes qurdu

150 il azadlıqdan məhrum edilən amerikalı fırıldaqçı Bernard Medoff həbsxanada uğurlu biznes qurub.

Dustaqla əlaqə saxlayan jurnalist Stiv Fişman bu haqda məlumat yayıb.

O, həbsxananın mağazasından bütün Swiss Miss şokolad paketlərini alıb, həbsxananın həyətində satır. İsti şokolad arzusunda olan bütün dustaqlar yalnız Barnarda müraciət edə bilərlər.

Medoff 2008-ci ildə həbs olunub. O, öz oğlanlarına biznesinin tamamilə yalandan ibarət olduğunu etiraf edib. O, təxminən 65 milyardlıq fırıldaqçılıqda günahlandırılır./aznews.az/

MediaFax