Həbsxanada görünməmiş olay...

Başqırdıstanda, Meleuz şəhərində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus həbsxana əməkdaşına fizikli xəsarət yetirib.

Rusiya Ali Məhkəməsinin mətbuat xidməti xəbər verir ki, hadisə nizam-intizam qaydalarını pozan azərbaycanlı məhbusun cərimə izolyatoruna qoşulması səbəbindən baş verib. Məhbus qəfildən onu izolyatora qoşan həbsxana nəzarətçisinə hücum edərək onu boğmağa başlayıb.

Adı açıqlanmayan məhbusun həbsxanada 9 il 10 ay müddətlə cəza çəkdiyi məlumdur.

Başqırdıstanın Ali Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, bu fakt Rusiyanın islahedici sistemində görünməmiş hadisədir.

Hazırda fakt üzrə araşdırma aparılır. Təhqiqatın nəticəsinə görə qərar qəbul ediləcək./virtualaz.org/

MediaFax