Həbs olunan jurnalistin anasından ŞOK MƏKTUB

İnsanların gizli yollarla intim videolarını çəkib şantaj etməklə ittiham olunan reket jurnalist, "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin anası Maya Əliyeva müvafiq qurumların rəhbərliyinə şok effekti yaradacaq məktub yazıb.

"Qafqazinfo”ya daxil olan müraciətdə M.Əliyeva oğlu S.Əliyevdən imtina etdiyini, onun haram pul qazandığını, özünün dediyi kimi "xox gələrək pul aldığını” bildirib: "Bir gün özü kimi dostları ilə bahalı maşınlarla kəndə gəlmişdi. Qonşuluqda olan bir qadın gəlib soruşdu ki, uşaqlar presi neçəyə verirlər, ot yoxsa yonca presidir. Oğlanlarıma dedim ki, siz o balaca maşına presi necə yığımısız, qonşu gəlib pres istəyir. Dedilər "ay ana biz pres satmırıq, söz satırıq. Bizim üçün fərqi yoxdur iş görsünlər, ya görməsinlər. Biz xox gəlirik, pulumuzun yiyəsiyik. Versələr, yaxşı adamdılar, verməsələr pis. Beləcə şər böhtanla işimizi görürük”.
 

İndi başa düşdüm ki, mənim dörd oğlum yox, dörd dərdim var imiş. İndiyə kimi oğlanlarım tərəfindən mətbuatda və internet deyilən şeydə gedən yazıların hamısı yalan, şər-böhtandı: "Mən oğluma dedim ki, sənin dostun Habil Vəliyevdən gözüm su içmir, ondan nə qədər uzaqlaşsan, O qədər xeyir taparsan. O dələduzdan sizə dost olmaz. Abır – həyanızı kişi kimi qoruyun!”

M.Əliyeva qeyd edib ki, S.Əliyev hansısa nazirin qəzetinə rəhbərlik edərək qanunsuz işlər görüb: "Hansısa dələduza qoşulub dələduzluqla məşğulsunuz. Bir gün bunların hesabını verəcəksiniz. Yaxşısı budur ki, gec deyil, bu şərəfsiz yoldan çəkilin. Axırda qorxum odur ki, bu şərəfsiz yola arvadlarınızı da məcbur edib jurnalist kimi rayonlarda mini geyimdə müdirlərin qarşısını kəsdirəsiniz. Ondansa, yaxşıdı budur, əzəmətli bir yerdə oturub dilənəsən”.

M.Əliyeva oğlanlarını bu işə qoşanların Süleyman, Paşa və Rakif adlı şəxslər olduğunu bildirib.

Müraciət bu sözlərlə bitir: "Dövlət çox sağ olsun ki, bunlara yaxşı ad qoyub - reket qəzet məxluqları. Dünya özünü nədən qoruyur, təxribatlardan, yoxsa reket manyaklardan?”.
 




MediaFax