HDP-yə qarşı geniş əməliyyat - 62 nəfər tutuldu, liderlər də var

Türkiyədə PKK terror təşkilatının siyasi qanadı hesab olunan Xalqların Demokrat Partiyasının (HDP) rəhbərliyində təmsil olunan şəxslər həbs edilib.
 
APA-nın "Hürriyet”-ə istinadən yayığı məlumata görə, Ankara, İstanbul və Adana şəhərlərində əməliyyat keçirilib. Ümumilikdə, terror şübhəsi ilə partiyanın 62 üzvü  saxlanılıb. Saxlanılanlar adasında HDP-nin İstanbul vilayət təşkilatının sədri Aysel Güzel, Ankara vilayət təşkilatının sədri İbrahim Binici, Adana vilayət təşkilatının həmsədrləri Hüseyn Beyaz və Gülseren Tural da var.
 
Qeyd edək ki, dekabrın 10-da İstanbulda "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 39 nəfər həlak olub, 155 nəfər yaralanıb.






MediaFax