HDP-yə böyük zərbə

Xalqların Demokratik Partiyasının (HDP) həmsədri millət vəkili statusunu itirib. 
 
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında HDP həmsədri Figen Yüksekdağ barədə məhkəmə hökmü təsdiqləndiyi üçün millət vəkili statusunu itirdiyi açıqlanıb. Qərar açıqlanan zaman HDP-çi  millət vəkilləri etiraz ediblər. İclası aparan vitse-spiker Ayşenur Bahçekapılı iclasa fasilə verib. 
 
Qeyd edək ki, F. Yüksekdağ PKK terror təşkilatına yardım etməkdə ittiham olunur./APA/

MediaFax