HDP liderinə 4 il cəza verilə bilər

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində 4 il həbs cəzası istənilib.

"DHA” agentliyi xəbər verir ki, onun Rusiya səfərinin ardından 2015-ci ilin dekabr ayında Atatürk hava limanında etdiyi çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi iddiası üzrə 4 ilə qədər həbs olunması istənilib. 

S.Dəmirtaşın açıqlamasında istifadə etdiyi sözlərin tənqid deyil, təhqir olduğu bildirilib. Məlumata görə, iddianamə qəbul edilərsə, S.Dəmirtaş Bakırköy Asliye Ceza Məhkəməsində hakim qarşısına çıxarılcaq./musavat.com/

MediaFax