Avqustun 20-də tətilə çıxan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 26-cı dövr ikinci qanunvericilik ili bu gün başlayır.
Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edəcək.
Xalqların Demokratik Partiyasının (HDP) qəbul etdiyi qərara görə, HDP-lilər prezidentin salona girişi zamanı ayağa qalxmayacaq və Ərdoğanı alqışlamayacaq.
Cümhuriyyət Xalq Partiyanın (CHP) isə necə hərəkət edəcəyini ötən günlərdə CHP-li millət vəkili Levent Gök açıqlamışdı. Onun sözlərinə görə, partiyadaşları Ərdoğanı hörmətlə qarşılayacaqlar.
Daha əvvəlki açılış mərasimində bəzi CHP-lilər ayağı qalxmamış, HDP qrupu isə Ərdoğanın çıxışı zamanı salonu tərk etmişdi./publika.az/
MediaFax