HDP-ci deputat saxlanıldı

Bu gün səhər saatlarında "HDP" partiyasının millət vəkili Ayşe Acar Başaran saxlanılıb.

"HDP"-nin Batman üzrə millət vəkili Ayşe Acar Başaran səhər saatlarında Ankarada saxlanılıb. Türkiyə vaxtı ilə səhər 07:00 radələrində millət vəkili polis tərəfindən idarəyə aparılıb. Partiyanın mətbuat katibi Ayhan Bilgen millət vəkili haqqında zorla aparılma qərarının çıxarıldığını deyib.

Ayşe Acar Ankaranın Çankaya səmtində qalırmış və dindirilmək üçün polis idarəsinə aparılıb./olke.az/

MediaFax