Yaxın 2-3 gündə Azərbaycanda hava mülayim və yağmursuz olacaq
Azərbaycanda müşahidə olunan hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, yaxın 2-3 gün ərzində mülayim hava şəraiti müşahidə olunacaq.
Ölkənin bəzi yerlərdə gecə saatlarında yağışın, qarın yağmasına baxmayaraq havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
MediaFax