Müğənni Alişan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla onun həbs olunduğu zaman çəkilmiş fotosunu paylaşıb.
Müğənni onu yaltaqlanmaqda günahlandıranlara cavab verib:
"Yaltaqlıq edirsən, saray yaltağı" deyənlərə bu foto ilə cavab vermək istəyirəm. Gezi hadisələri zamanı da paylaşmışdım və açıqlama vermişdim. Amma hələ də axmaq-axmaq yazanlara bir daha söyləyirəm. Bu foto 1999-cu ildə Pınarhisar həbsxanasında ziyarət zamanı çəkilib.
O zamanlar nəinki siyasəti, hətta azadlığı əlindən alınmış bir böyük qardaşım kimi pis günündə yanında olmağa getdim. Bu gün prezidentim daha böyük tələ ilə, xainliklə üz-üzədir, təbii ki, yanında olacağam. Olmağa da davam edəcəyəm. Nə dövlətimizi, nə də prezidentimizi xainlərə yem etməyəcəyik"./axşam.az/
MediaFax
