Hansı daha qəddar olub: Akif Çovdarov yoxsa Hacı Məmmədov?

"Akif Çovdarovla Hacı Məmmədov vətəndaşların nəzərində və xatirələrində eyni şəxs deyil. Cinayət qanunvericiliyində törətdikləri əməllər oxşar maddələr ilə aparılsa da, portretləri tamailə fərqlidir”.
 
Bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü  Zahid Oruc Modern.az-a açıqlamasında deyib.
 
Zahid Oruc Hacı Məmmədovun törətdiyi cinayətlərin çox qəddar və ağır olduğunu deyib.

"Düzdür, çox şəxslərə qarşı qeyri-insani hərəkətlər etmişdi. Lakin bununla bərabər maraqlıdır ki, cəmiyyətdə də Hacı Məmmədova tamamilə fərqli bir fəlsəfi, romantik, bir az da qədim rəssamların dünyasına yaxın aləmi varmış kimi baxılır. Özünü məhkəmə prosesində aparmasına, törətdiyi cinayətləri açıq şəkildə öz üzərinə götürməsinə və başqa şəxslərin üzərinə atmamasına, istintaq qarşısında müxtəlif formalı xəstəlikləri və s. nümayiş etdirməməsinə görə ona qarşı münasibət qəribədir ki fərqlidir”.

Zahid Orucun fikrincə, Akif Çovdarov insanların həddindən artıq nifrətini qazanıb.

"Akif Çovdarovun törətdiyi əksər əməllər iki amili özündə birləşdirir. Sonsuz dərəcədə tamah və  bunun çox qəddarlıq, yaramazlıqla nümayiş olunması. Bu bir faktdır. Məsələyə daha kökündən baxsaq, Hacı Məmmədovun əməllərinin ifşa olunması o dövrdəki təhlükəsizlik orqanlarının  bu millətin təhlükəsizliyinə, əminamanlığına, sabitliyə qayğısından irəli gəlmirdi. Niyyətin tam başqa olduğu dəqiqdir. Hacı Məmmədovun ifşası da məhz bu qəbildən baş vermişdir ki, daha böyük şəxslərə və qüvvələrə qarşı bundan istifadə etsinlər. Hacı Məmmədov da bütün məhkəmə prosesində sona qədər öz əməllərinin sahibi kimi özünü təqdim etdi. Daha Çovdarov kimi xərəkdə məhkəməyə gətirilmədi”.

MediaFax