Azərbaycanlı hakim məşhur futbolçunu cəzalandırdı

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.

"Roma” öz meydanında Rumıniya "Astra”sını qəbul edib. Meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşan görüşü FIFA referimiz Əliyar Ağayev idarə edib. 

90 dəqiqə ərzində azərbaycanlı hakim 3 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. "Roma”nın heyətində yalnız Françesko Totti həmyerlimizin qəzəbinə tuş gəlib.
 
Əliyar Ağayev 30-cu dəqiqədə "Roma”nın kapitanına sarı vərəqə göstərib./qol.az/

MediaFax