Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İK birinci divizionun V turu çərçivəsində keçirilən "Bakılı" - "Zaqatala" matçında qeydə alınan xoşagəlməz hallarla bağlı da qərarını açıqlayıb.
Komitə bakılıları sadəcə, tam təhlükəsizliyi təmin etmədiyinə görə, 400 manat cərimələyib.
Amma "Bakılı"nın prezidenti Misir Əbilovun oğlu Ceyhun Əbilova matçın baş hakimi Ömər Paşayevi dəfələrlə təqhir etməsinə görə heç bir cəza verilməyib./qafqazinfo.az/
MediaFax