Ötən gün Vyetnam çempionatında "Xoşimin" və "Donqtam Lonqan" klubları arasında keçirilən oyunun son dəqiqələrində qalmaqallı olay baş verib.
Artırma dəqiqələrinə 2:2-lik bərabərliklə daxil olan komandalardan qonaqların qapısına hakim şübhəli penalti təyin edib. Hakimin qərarına etiraz olaraq "Donqtam Lonqan" klubunun qapıçısı penalti zamanı arxasını oyunçuya çevirərək qolun qapıya daxil olmasına mane olmayıb. Yerdə qalan artırma dəqiqələrində də qonaqların bütün oyunçuları hakimin qərarına etiraz olaraq rəqib futbolçuların üzərinə qaçmayıblar və onlar daha iki qol vuraraq oyunun yekun hesabını müəyyənləşdiriblər - 5:2./milli.az/
MediaFax