Hakim səhv edib - AFFA təsdiqlədi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Yığıncaqda Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarında baş verən yeganə xoşagəlməz hadisə müzakirə olunub.
 
"Kəpəz” – AZAL matçının videoyazısını izlədikdən sonra komitə qonaqların futbolçusu Alamadine Omeqa Robertsin aqressiv hərəkətini aşkarlayıb. Oyunun 64-cü dəqiqəsində rəqib futbolçuya qarşı  edilən bu hərəkət legionerin 3 matçlıq cəzalanmasına səbəb olub. AZAL isə 2400 manat cərimələnib.
 
Hakimlər Komitəsinə həvalə edilib ki, qarşılaşmanın referisi Orxan Məmmədov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın./apasport.az/

MediaFax