Hakerlər bank hesabından 2 milyard oğurladılar

Hakerlər Rusiya banklarının mərkəzi bankdakı (Rusiya Bankı - red.) hesablarından 2 mlrd. rubl oğurlayıb.
 
Bu barədə CNN telekanalına Rusiya Bankının rəsmisi Artyom Sıçyov bildirib.

Onun sözlərinə görə, hakerlər 5 mlrd. rubl oğurlamağa cəhd edib, lakin mərkəzi bank kiberhücumu dəf etməyi bacarıb: "Biz vəsaitin bir hissəsini qaytara bildik"./APA/

MediaFax