Hakan Şükür Güləndən üz döndərdi

Fətullahçı Terror Örgütünün (FETÖ) 15 iyulda dövlət çevrilişinə cəhdindən sonra haqqında yaxalanma qərarı çıxarılan və atası bu əsnada tutulan Hakan Şükür sosial media hesabından verdiyi açıqlamalarla geriyə addım atıb.

17 dekabrdan bir gün öncə millət vəkili olduğu AK Partidən istefa edən və daim Fətullah Gülənə rəğbətini ortaya qoyan Hakan Şükür, ailəsindən kimsənin FETÖ ilə bağlantısı olmadığını iddia edib.

FETÖ-nün etdikləri qarşısında üzgün və çaşqın olduğunu açıqlayan Şükür, çevriliş cəhdini lənətləyib və şəhidlərə rəhmət diləyib./gununsesi.info/
 


MediaFax