Sabah futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi təşkil olunacaq.
PFL-in rəsmi saytı xəbər verir ki, saat 13:00-da AFFA-nın inzibati binasında reallaşacaq mərasimdə "Rəvan”, "Qaradağ Lökbatan”, "Ağsu”, MOİK, "Şəmkir”, "Zaqatala”, "Turan Tovuz”, "Mil Muğan”, "Bakılı”, "Şahdağ”, "Şərurspor”, "Göyəzən”, "Energetik” və "Səbail” klubları iştirak edəcəklər.
Əlavə edək ki, "Bakı" və "Neftçala" klubları yeni mövsümdən etibarən I Divizionda çıxış etməyəcəklər.
Qeyd edək ki, "Bakı” klubunun sahibi iş adamı Hafiz Məmmədovdur.
MediaFax