Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək iclası təxirə salınıb.
İclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil.
Komitə iclasında "Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı.
Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda-yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub.
Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir./ölkə.az/
MediaFax