Gözətçinin meyiti tapıldı - Bakıda

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

"Qafqazinfo”nun məlumatına görə, hadisə fevralın 4-də gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisindəki daş karxanalarından birində baş verib. Həmin karxanada gözətçi işləyən Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Yolçuyev Gəncəvi Binnət oğlunun meyiti səhər saatlarında gözətçi otağında tapılıb.

Meyit müayinə edilib və onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

MediaFax