Ötən gün Belçikada onlayn hərrac vasitəsilə dünyanın ən bahalı göyərçini satılıb.
"Qızıl şahzadə" ləqəbli göyərçin üçün 360 min avro (680 min manat) təklif edilib. Rekord təklifin sahibləri Cənubi Afrikadan Belçikaya səyahətə gələn iki iş adamı olub.
Vivelgen mənşəli bu göyərçin dünyanın ən yaxşı poçt göyərçinlərindən hesab olunur.
Belçikada ən gözəl göyərçinlərə sahib olan şəxslər bu cür gözəl göyərçin üçün qiymətin normal oluduğunu söyləyiblər.
Xatırladaq ki, bundan əvvəl bir göyərçin üçün təklif edilən rekord qiymət 310 min avro olub./kult.az/
MediaFax