Gürcüstan parlamentinə yeni sədr seçilib.
TASS Agentliyi əbər verir ki, qanunverici orqanın bu gün keçirilən iclasında İrakli Kobaxidze böyük dəstək alıb. 38 yaşlı yeni sədr 118 deputatın səsini qazana bilib.
Parlament sədri vəzifəsiylə bağlı açıqlama verib: "Parlament fəaliyyətim zamanı neytral olacağam. Mən üzərimə düşən məsliyyəti, funksiyaları çox yaxşı başa düşürəm. Və hesab edirəm ən böyük vəzifəm hər bir deputata, partiyaya öz fikirlərini, işini göstərmək üçün maksimum imkan yaratmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Kobaxidze nüfuzlu Düsseldorf Universitetinin məzunudur./qafqazinfo.az/
MediaFax