Gürcüstan prezidenti Georgi Maqvelaşvili öz şəhərkənarı evinin bostanından belaruslu həmkarı Aleksandr Lukaşenko tərəfindən hədiyyə olunmuş kartof məhsulunu yığıb.
Bu barədə o "Belarus 1" telekanalında yayımlanan "İri planla" proqramında danışıb.
O, söhbətində bildirib ki, Tiflis yaxınlığında həyət evində yaşayır və bostanında müxtəlif tərəvəzlər əkir. Amma Belarusdan hədiyyə olunan kartof Lukaşenkodakı kimi o qədər də məhsuldar alınmayıb.
"Məndə elə də yaxşı alınmadı", - deyə o bildirib.
Gürcüstan və Belarus prezidentlərinin görüşü 2015-ci ilin aprelində Lukaşenkonun Tiflisə səfəri zamanı baş tutub. Marqvelaşvili 1-2 martda Minskə səfəri nəzərdə tutulub.
Qeyd edək ki, Aleksandr Lukaşenko şəhərkənarı iqamətgahda kənd təsərrüfatıyla məşğul olur. O qonaqları öz əli ilə əkib-becərdiyi təvəzlərə tez-tez qonaq edir, məsələn, o aktyor Stiven Siqala yerkökü yedirmişdi./virtualaz.org/
MediaFax