Günahsız olduğu bilindi, azadlığa buraxıldı

5 ay əvvəl qızını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılmış ata günahsız olduğu üçün cinayət işini aparan müstəntiqin qərarı ilə bu gün azadlığa buraxılıb.

Xəbər verdiyimiz kimi, ötən ilin avqustun 21-dən 22-nə keçən gecə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsindəki yaşayan 33 yaşlı Qurbanova Gülnar Eldar qızının həmin evdə meyiti tapılmışdı. Hadisədən 3 gün sonra qadının atası - 62 yaşlı Eldar Əliheydər oğlu Qurbanov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunaraq saxlanılmışdı. Belə ki, əvvəllər də məhkumluq həyatı yaşamış ata özü və digər ailə üzvləri qətlin məhz onun tərəfindən törədildiyini bildirmişdilər. Onun qızını şəxsi münasibətlər zəminində iplə boğaraq qətlə yetirdiyi deyilirdi.

Amma sonradan rayonunun hüquq-mühafizə orqanlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evdə meyiti tapılan qadını atasının yox, bacısının əri - 1980-cı ildə anadan olmuş Əhədov Anar Məmmədağa oğlu tərəfindən şəxsi münasibətlər zəminində boğularaq öldürüldüyü məlum olub və o, şübhəli şəxs qismində saxlanılıb.

Qızını qətlə yetirməkdə şübhəli bilənərək 5 ay əvvəl saxlanılmış Eldar Qurbanovun isə Salyan rayon Prokurorluğunda davam etdirilən istintaqın nəticələrinə görə azadlığa buraxılıb.

Qeyd edək ki, istintaq həqiqəti ortaya çıxarmasaydı, barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi isə cinayət işi başlanmış 65 yaşlı Eldar Qurbanovu 14 ildən 20 ilədək həbs cəzası gözləyirdi.

Cinayət faktı ilə bağlı Salyan rayon Prokurorluğunda istintaq davam etdirilməkdədir./virtualaz.org/

MediaFax