Rioda keçirilən Olimpiya oyunlarında idmançılarımız çıxışlarını davam etdirir.
Dünən ilk olaraq tatami üzərinə cüdoçumuz, 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov çıxıb.
Təmsilçimiz 1/16 finalda London Yay Olimpiya oyunlarının çempionu Taqi Xaybullayevlə qarşılaşıb. Qasımov bu görüşdə qələbə qazanaraq 1/8 finala adını yazdırıb.
***
Həmyerlimiz 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gələrək ona qalib gəlib. Bununla da növbəti mərhələyə-1/4 finala keçib.
***
E.Qasımov 1/4 finalda misirli Dərviş Ramazanla qarşılaşıb və ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu görüş cəmi 54 saniyə çəkib. Yarımfinalda Elmar Ukrayna idmançısı Artem Bloşenko ilə qarşılaşacaq.
***
Təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olub. Elmar bu rəqibini də ipponla mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Bununla da o, Azərbaycan yığmasının Olimpiadada ikinci medalını qazanmasını təmin edib.
***
İdmançımız finalda çexiyalı Lukas Krpalekə uduzub və gümüş medalla kifayətlənib./qafqazinfo.az/
MediaFax